...

Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Noyabr 2014 20:36 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsində Fransanın mövqeyi dəyişməz olaraq qalır. Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır.
Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

Dağlıq Qarabağ münaqişəsində Fransanın mövqeyi dəyişməz olaraq qalır. Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır.

Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərin qondarma Dağlıq Qarabağ rejiminin "başçısı" Bako Saakyanın hazırda Fransada səfərdə olması və Fransanın bəzi şəhərlərinin merləri ilə görüşü barədə sualına cavabında bildirib.

Səfir qeyd edib ki, B.Saakyanın Fransaya səfər etməsi və orada şəhər merləri ilə görüşməsi barədə heç bir məlumatı yoxdur.

P.Mönyenin sözlərinə görə, Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır və onun mövqeyi dəyişməz qalır.

Qeyd edək ki, Ermənistan mətbuatının məlumatına görə, B.Saakyan noyabrın 20-də Parisə səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti