...

Ekspert: Dağlıq Qarabağ üzrə yeni danışıqlar mexanizmi yaratmaq vacibdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Noyabr 2014 17:09 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeni danışıqlar mexanizmi yaratmaq vacibdir.
Ekspert: Dağlıq Qarabağ üzrə yeni danışıqlar mexanizmi yaratmaq vacibdir

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir Yelena Kosolapova/

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeni danışıqlar mexanizmi yaratmaq vacibdir. Britaniyanın Transatlantik İnstitutunun direktoru Ziba Norman belə hesab edir.

Norman Trend-ə deyib: "Danışıqlar mexanizminin yeni növünü yaratmaq vacibdir, çünki tam bir nəsil ərzində mövcud olmuş forma səmərəsiz oldu".

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas vasitəçiləri olan ABŞ və Rusiya "soyuq müharibə"nin başa çatmasından sonra yeni dünya nizamı barədə çox müxtəlif fikirlərə malikdirlər: "Ona görə də bu fonda belə təşəbbüskarların həyata keçirdiyi sülh prosesinin necə davamlı nəticələr verə biləcəyi anlaşılan deyil".

Ekspert bildirib ki, ermənilərin regionda nisbi sülhü pozmaq cəhdləri onların münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin uzadılması və işğal olunmuş ərazilərdə de-fakto dövlət yaratmaq istəklərindən irəli gəlir.

Bununla yanaşı, o, qeyd edib ki, beynəlxalq birlik belə dövlətin mövcudluğunu tanımır və gələcəkdə istənilən parçalanma cəhdlərinə qarşı mübarizə aparılmalıdır: "Parçalanmanın öz milli hədəfləri üçün üstünlük olacağını hesab edənlər var, lakin bu, region əhalisinin marağında deyil".

Xanım Z.Norman onu da deyib ki, Azərbaycan və Ermənistan inkişaf səviyyəsinə görə əsaslı şəkildə fərqlənirlər: "Ermənilərdə iqtisadiyyat çox zəifdir və onlar əsasən Rusiyanın dəstəyi hesabına mövcuddurlar. Eyni zamanda, Azərbaycanın stabilliyi və neft zənginliyi Qərbin enerji təhlükəsizliyi üçün vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti