...

"ABŞ-ın ATƏT-dəki nümayəndəsinin azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına diqqət yetirməsi yaxşı olardı"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2014 16:18 (UTC +04:00)
ABŞ-ın ATƏT-dəki nümayəndəsinin insan hüquqları məsələsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməkdənsə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan çox azərbaycanlının hüquqlarının kütləvi şəkildə pozulmasına diqqət yetirməsi yaxşı olardı.
"ABŞ-ın ATƏT-dəki nümayəndəsinin azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına diqqət yetirməsi yaxşı olardı"

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir Səba Ağayeva/

ABŞ-ın ATƏT-dəki nümayəndəsinin insan hüquqları məsələsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməkdənsə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan çox azərbaycanlının hüquqlarının kütləvi şəkildə pozulması faktına diqqət yetirməsi yaxşı olardı.

Bu barədə Trend-ə Milli Məclisin deputatı, politoloq Asim Mollazadə ATƏT-in Daimi Şurasının iclasında ABŞ-ın təşkilatdakı missiyasının rəhbərinin müavini Keyt Mari Barnesin Azərbaycanın ünvanına tənqidi fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, 20 ildən çoxdur ki, ATƏT bu məsələdə sülh istiqamətində heç bir irəliləyişə nail olmayıb: "ATƏT-in bütün əsas prinsipləri pozulub, təşkilatın üzvü olan Ermənistan qonşu dövlətin ərazisini işğal edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistana qarşı hələ də heç bir tənqid və sanksiya yoxdur".

A.Mollazadə qeyd edib ki, bu gün Ukrayna ilə əlaqədar olaraq Rusiyaya qarşı qəbul edilən qətnamələr mövcuddur, lakin nədənsə Azərbaycanın işğal edilmiş əraziləri barədə unudulur.

Politoloqun fikrincə, belə bir təsəvvür yaranır ki, sanki bu gün vətəndaş cəmiyyəti və insan hüquqları məsələlərini müzakirə etməklə diqqəti ATƏT ölkələrinin ərazi bütövlüyü və təhlükəsizliyinə aid əsas məqamlardan yayındırmağa cəhd göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti