...

Britaniya XİN erməni diasporunun Dağlıq Qarabağ nizamlanmasına təsirini etiraf edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2014 12:17 (UTC +04:00)
Böyük Britaniyanın Xarici İşlər və Birlik İşləri üzrə Nazirliyinin yeni “Ermənistan diasporu-onun rolu və təsiri” adlı hesabatında erməni diasporunun davam etməkdə olan Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin qızışdırılmasında oynadığı rolu etiraf edib.
Britaniya XİN erməni diasporunun Dağlıq Qarabağ nizamlanmasına təsirini etiraf edib

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Böyük Britaniyanın Xarici İşlər və Birlik İşləri üzrə Nazirliyinin yeni "Ermənistan diasporu-onun rolu və təsiri" adlı hesabatında erməni diasporunun davam etməkdə olan Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin qızışdırılmasında oynadığı rolu etiraf edib.

Trend xəbər verir ki, dekabrın 18-də dərc olunan hesabata görə, 20 ildən artıq müddətdə davam edən bu qızışdırma bu gün bütün Azərbaycan ərazisinə səpələnmiş düşərgələrdə yaşayan bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə gətirib çıxarıb. Hesabata görə, bu təsir, həmçinin iki qonşusu - Azərbaycan və Türkiyə ilə sərhədlərinin 1993-cü ildən bağlı qaldığına görə Ermənistan iqtisadiyyatını çökdürüb ki, bu da ölkənin Rusiyadan asılılığını artırır:

"Buna görə də o, Azərbaycan neft və qazını Avropaya aparan mövcud və gələcək enerji boru kəmərlərinin heç birindən istifadə edə bilmir. Bunun əvəzində, ölkə yanvarın 1-dən Kremlin Gömrük İttifaqı layihəsinə qoşulub, baxmayaraq ki, Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar öz növbəsində Ermənistan iqtisadiyyatına da dolayısı ilə təsir edir".

Ermənistan Cənubi Qafqazda daha zəif iqtisadiyyata və ən az əhaliyə malikdir. FCO hesabatına görə, ölkə əhalisi 2,9 milyon nəfərdir və 1992-ci ildən bəri təxminən bir milyon nəfər azalıb.

Həmçinin, qeyd olunur ki, diaspor Ermənistanın xəstə iqtisadiyyatını yedirtməkdə davam edir. 1991-ci ildən başlayaraq, ölkə ABŞ-dakı erməni diasporundan bir neçə milyard dollar vəsait əldə edib.

Diaspor Ermənistan iqtisadiyyatına, səhiyyəsinə və təhsilinə əhəmiyyətli təsir göstərir, eləcə də Azərbaycanın Ermənistanın işğalı altında qalan rayonlarında bu sahələri subsidiyalaşdırır. Məruzədə deyilir ki, həmin regionlar maliyyələşdirmə və texniki yardım nöqteyi-nəzərindən diaspordan yüksək səviyyədə dəstək alırlar: "Diaspor beynəlxalq hüquq əsasında münaqişənin diplomatik dinc yolla həllinə tərəf atılan istənilən addıma veto qoymaqla onun Rusiyadan tam asılılıqda qalmasına zəmanət verərək bu kiçik milləti daim təcrid edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti