...

Cəbhə bölgəsində atəşkəs rejiminin pozulması halları yenidən çoxalıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Dekabr 2014 09:46 (UTC +04:00)
Ötən sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozulub.
Cəbhə bölgəsində atəşkəs rejiminin pozulması halları yenidən çoxalıb

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Ötən sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozulub.

Trend Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Mərzili, Kəngərli, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti