...

Ermənistan Azərbaycanla sərhədyanı kəndləri atəşə tutmaqda davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Dekabr 2014 09:45 (UTC +04:00)
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 39 dəfə pozulub.
Ermənistan Azərbaycanla sərhədyanı kəndləri atəşə tutmaqda davam edir

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 39 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Çaylı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti