...

6 ölkənin liderləri Dağlıq Qarabağ münaqişəsi barədə yekdil fikrə gəliblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Dekabr 2014 16:10 (UTC +04:00)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrinin liderlərinin qəbul etdiyi bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasının zəruriliyi qeyd edilir.
6 ölkənin liderləri Dağlıq Qarabağ münaqişəsi barədə yekdil fikrə gəliblər

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin qəbul etdiyi bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının zəruriliyi qeyd edilir.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın dövlət başçıları Kremldə keçirilən sammitin yekunları üzrə 22 sənəd qəbul ediblər.

Prezidentlər dövlət başçılarının birgə bəyanatını, 19 qərarı və 2 protokolu bəyəniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti