...

NATO-dan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqe

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2015 09:00 (UTC +04:00)
NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rol oynamır.
NATO-dan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqe

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Cəmilə Cəfərova/

NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rol oynamır. Bunu Trend-ə NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

O bildirib: "Düşünmürəm ki, NATO-nun müəyyən rolu prosesi irəli aparmağa kömək edə bilər, lakin alyans münaqişənin həllində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir".

C. Appaturayın sözlərinə əsasən, Dağlıq Qarabağ münaqişəsinə ən yüksək səviyyədə beynəlxalq diqqət göstərilir: "Xüsusi nəzərə almaq lazımdır ki, bu yaxınlarda Fransa Prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıb".

O qeyd edib ki, 20 il ərzində danışıqlarda ABŞ, Fransa, Rusiyanın həmsədrliyi ilə Minsk qrupu və bu ölkələr daim iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti