...

ATƏT PA tərəfləri təmas xəttində təmkinli olmağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2015 17:03 (UTC +04:00)
ATƏT-in Parlament Assambleyası tərəfləri maksimum təmkinli olmağa və Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə sadiq qaldıqlarını nümayiş etdirməyə çağırır.
ATƏT PA tərəfləri təmas xəttində təmkinli olmağa çağırır

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Anaxanım Hidayətova/

"ATƏT-in Parlament Assambleyası Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması ilə əlaqədar narahatlığını bildirərək, tərəfləri maksimum təmkinli olmağa və Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə sadiq qaldıqlarını nümayiş etdirməyə çağırır".

Bu barədə Trend-ə ATƏT PA-nın Kommunikasiyalar bölməsinin direktoru Riçard Solaş bildirib.

Onun sözlərinə görə, ATƏT-in Parlament Assambleyası dəfələrlə münaqişənin dinc, diplomatik yolla həllinə öz dəstəyini ifadə edib: "ATƏT PA Minsk qrupunun gərginliyin azalması və münaqişənin dinc yolla həlli üzrə səylərini dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti