...

ATƏT gərgin vəziyyətin hökm sürdüyü cəhbə xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Yanvar 2015 09:45 (UTC +04:00)
ATƏT Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.
ATƏT gərgin vəziyyətin hökm sürdüyü cəhbə xəttində monitorinq keçirəcək

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir ilkin İzzət/

ATƏT Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 29-da Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti