...

Niderland Parlamentinə Xocalı soyqırımı ilə bağlı petisiya təqdim edildi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2015 16:14 (UTC +04:00)
Niderland Parlamentinə Xocalı soyqırımı ilə bağlı petisiya təqdim edilib.
Niderland Parlamentinə Xocalı soyqırımı ilə bağlı petisiya təqdim edildi

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Niderland Parlamentinə Xocalı soyqırımı ilə bağlı petisiya təqdim edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar ölkədə fəaliyyət göstərən bütün siyasi institut və təşkilatlara, eləcə də Niderland Krallığı Parlamentinin Xarici İşlər üzrə komissiyasının rəhbəri xanım A.Eijsink və qurumun digər üzvlərinə petisiya ilə müraciət edib. Niderland Krallığında yaşayan azərbaycanlı və digər türk soydaşlarımızın imzaladığı bu petisiya, həmçinin BMT, ATƏT, Avropa Şurası, Beynəlxalq Ombudsman qurumu və digər beynəlxalq təşkilatların üzvlərinə, həmçinin Azərbaycanın xaricdəki səfirliklərinə göndərilib.

Petisiyada qeyd olunur ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti insan haqları və azadlıqlarının kütləvi şəkildə pozulmasının bariz nümunəsidir. Petisiyada Xocalı soyqırımına görə Ermənistanın heç bir beynəlxalq səviyyəli təşkilatlar tərəfindən məsuliyyətə cəlb edilməməsi təəssüflə qeyd olunur.

Müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı, eləcə də Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilir.

Petisiyada daha sonra beynəlxalq hüquqa görə soyqırımının sülhə və insanlıqa qarşı törədilən cinayət kimi qiymətləndirilir. Qeyd olunur ki, Xocalı faciəsinin əvvəlcədən planlaşdırılması, etnik təmizləmə siyasətinə əsaslanması bu cinayətin beynəlxalq normalara görə soyqırımı olduğunu bir daha təsdiqləyir.

Petisiya müəllifləri dünya ictimaiyyətini Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş vandalizm və zorakılıq cinayətlərini soyqırımı kimi tanımağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti