...

Azərbaycan XİN: Minsk qrupunun formatında dəyişikliyə ehtiyac yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2015 13:34 (UTC +04:00)
Türkiyə və Almaniyanın ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik missiyasına cəlb edilməsi məsələsi gündəlikdə yoxdur.
Azərbaycan XİN: Minsk qrupunun formatında dəyişikliyə ehtiyac yoxdur

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir Səba Aağayeva/

Türkiyə və Almaniyanın ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik missiyasına cəlb edilməsi məsələsi gündəlikdə yoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması üzrə əsas missiya Fransa, Rusiya və ABŞ-ın üzərinə düşür və hazırda Minsk qrupunun formatının dəyişdirilməsinə ehtiyac yoxdur.

H.Hacıyev qeyd edib ki, Ermənistana təzyiq etməyin, ona qarşı sanksiyalar tətbiq etməyin və deskrutiv mövqedən imtina etməyin vaxtı çatıb: "ATƏT-in Minsk qrupunun həmsədrləri bu istiqamətdə işləməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti