...

Bəxtiyar Əliyev: "AŞ PA Ermənistanın üzvlük məsələsinə yenidən baxmalıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2015 15:12 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası da Ermənistanın bu işğalçı siyasətinə qiymət verərək onun üzvlük məsələsinə yenidən baxmalıdır.
Bəxtiyar Əliyev: "AŞ PA Ermənistanın üzvlük məsələsinə yenidən baxmalıdır"

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Avropa Şurası Parlament Assambleyası da Ermənistanın bu işğalçı siyasətinə qiymət verərək onun üzvlük məsələsinə yenidən baxmalıdır". Bu barədə Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev mayın 3-də Dağlıq Qarabağda keçiriləcək qondarma "parlament seçkisi" ni şərh edərkən deyib.

B.Əliyev əlavə edib ki, bu qondarma "seçkilər"in heç bir hüquqi əsası yoxdur: "Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT və Avropa Şurasının qətnamələri var və hesab edirik ki, işğal edilmış ərazilərdə hər hansı seçkinin keçirilməsi yolverilməzdir. Eyni zamanda, Avropa Şurasının üzvü olan bir ölkənin digər ölkənin ərazisini işğal etməsi onun Avropa Şurasına üzv olmasını böyük sual altında qoyur".

Deputat hesab edir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qondarma separatçı rejimin "parlamenti"nə qurama "seçkilər"in keçirilməsinin planlaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarına böyük zərbədir.

O, qeyd edib ki, əgər Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri ilə bağlı danışıqlar gedirsə və ATƏT-in Minsk qrupunun həmsədrləri deyirsə ki, bu danışıqları davam etdirək, bu cür qondarma "seçkilər"in keçirilməsi danışıqlar prosesi üçün çox böyük əngəldir və çox böyük təəssüf doğurur ki, nə üçün həmsədrlər bununla bağlı ciddi bəyanat vermirlər, bunu qeyri-qanuni adlandırmırlar və Ermənistanı bu cür qeyri-qanuni hərəkətlərdən əl çəkməyə və danışıqlar prosesini pozmamağa məcbur etmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti