...

Volkan Bozkır: Xocalı soyqırımı bütün türk dünyasının ortaq dərdidir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2015 18:19 (UTC +04:00)
“İki dövlət - bir millət” prinsipinə söykənərək Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ məsələsinin həllində və digər məsələlərdə Türkiyə Azərbaycanın yanında olub və olacaq.
Volkan Bozkır: Xocalı soyqırımı bütün türk dünyasının ortaq dərdidir (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İlkin İzzət/

Finlandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri - Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) sədri Vasif Muradlı və Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Arzu Oqtay Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri və baş müzakirəçisi Volkan Bozkırla görüşdə iştirak ediblər. Türk və türkdilli xalqların icmalarının təmsilçiləri ilə keçirilən görüş Türkiyətinin Finlandiyadakı səfirliyində baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, dünya və Türkiyə siyasəti üçün aktual olan bir sıra məsələlər barədə danışan V.Bozkır azərbaycanlı diaspor rəhbərlərinin suallarına cavabında Dağlıq Qarabağ münaqişəsi barədə fikrini bildirib. Nazir deyib ki, "iki dövlət - bir millət" prinsipinə söykənərək Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ məsələsinin həllində və digər məsələlərdə Türkiyə Azərbaycanın yanında olub və olacaq.

V.Bozkır Xocalı soyqırımının bütün türk dünyasının ortaq acısı olduğunu vurğulayaraq, türk icmaları ilə görüşün fevralın 26-da keçirilməsinin təsadüfi olmadığını deyib: "23 il əvvəl törədilmiş Xocalı soyqırımının ildönümü günü bir arada olmağımız "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" fikrinin daha bir sübutudur".

Azərbaycanla Ermənistanın iqtisadi vəziyyətindən danışan V.Bozkır ildən-ilə iqtisadiyyatı inkişaf edərək güclü dövlətə çevrilən Azərbaycanın fonunda Ermənistanın hər tərəfdən əlaqələrinin kəsildiyini, əhalisinin böyük bir hissəsinin isə ölkəni tərk etdiyini vurğulayıb.

Qadınlar Cəmiyyətinin sədri A.Oqtay isə öz növbəsində, nazirə sualını cavablandırdığı üçün təşəkkür edib, Türkiyənin Finlandiyadakı səfiri Adnan Başağın Finlandiyada yaşayan azərbaycanlılara hər zaman yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti