Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir Anaxanım Hidayətova/
ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini ABŞ Erməni Milli Komitəsinin üzvləri ilə müzakirə edib. Trend-in məlumatına görə, bu barədə diplomat özünün twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.
Diplomat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan məsələləri komitə üzvləri ilə müzakirə etməyə həmişə şaddır: "Gəlin, münaqişənin tənzimlənməsi sahəsində müzakirələri davam etdirək".