...

Müdafiə naziri döyüş qabiliyyətinin daha da yüksəldilməsi barədə tapşırıqlar verdi (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2015 14:46 (UTC +04:00)
Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissədə toplantı keçirib
Müdafiə naziri döyüş qabiliyyətinin daha da yüksəldilməsi barədə tapşırıqlar verdi  (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub və Müdafiə Nazirliyinin rəhbərliyinin iştirakı ilə komandir heyəti ilə toplantı keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda birlik, birləşmə, hərbi hissə komandirləri və qərargah rəisləri iştirak ediblər.

Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlər müzakirə edilib.

Müdafiə naziri tərəfindən döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti