...

Ermənilər atəşkəsi 62 dəfə pozdular

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2015 10:36 (UTC +04:00)
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 62 dəfə pozub
Ermənilər atəşkəsi 62 dəfə pozdular

Azərbaycan, Bakı, 1 mart /Trend/

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 62 dəfə pozub.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Göranboy, Ağdam, Tərtər, Xocavənd, Füzuli, Cəbrayil, Qazax rayonlarında yerləşən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti