...

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Aİ üçün ən yüksək prioritetdir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2015 13:37 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və prezidentlər səviyyəsində də daxil olmaqla, Ermənistan və Azərbaycan arasında dialoqun qurulmasına yönəldilmiş vasitəçiliyi ilə danışıqları dəstəkləyir.
"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Aİ üçün ən yüksək prioritetdir"

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Anaxanım Hidayətova/

Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və prezidentlər səviyyəsində də daxil olmaqla, Ermənistan və Azərbaycan arasında dialoqun qurulmasına yönəldilmiş vasitəçiliyi ilə danışıqları dəstəkləyir. Bunu Trend-ə Aİ-nin mətbuat xidmətindən strukturun münaqişənin nizamlanmasındakı rolunu şərh edərkən deyiblər.

Aİ-nin mətbuat xidmətindən bildiriblər: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Aİ üçün ən yüksək prioritetdir və mövcud status-kvo qəbuledilməzdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti