...

Ermənistan əleyhinə olan məruzənin müəllifi Ermənistana və Azərbaycanın işğal altındakı torpaqlarına gedəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Aprel 2015 14:00 (UTC +04:00)
Ermənistanı tənqid edən məruzənin müəllifi Robert Uolter Ermənistanı və bu ölkənin işğalı altında olan Azərbaycan torpaqlarına səfər edəcək.
Ermənistan əleyhinə olan məruzənin müəllifi Ermənistana və Azərbaycanın işğal altındakı torpaqlarına gedəcək

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Səba Ağayeva/

AŞPA-nın Böyük Britaniyadan olan deputatı, Ermənistanın əleyhinə olan məruzənin müəllifi Robert Uolter Ermənistana və bu ölkənin işğalı altında olan Azərbaycan torpaqlarına səfər edəcək.

Trend-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın AŞPA-dakı nümayəndəliyinin rəhbəri Ermine Naqdalyan bilirib.

"O (Uolter) AŞPA təmsilçisi və Britaniya deputatı qismində müraciət edərək, bölgəyə səfər etmək arzusunda olduğunu bildirib. Yəqin ki, biz Uolteri qəbul edəcəyik, lakin bu hesabat çərçivəsində əməkdaşlıqdan imtina qərarımız qüvvədə qalır", - deyə Naqdalyan qeyd edib.

Böyük Britaniyanın AŞPA-dakı nümayəndəsi "Dağlıq Qarabağda və Azərbaycanın başqa işğal olunmuş ərazilərində zorakılığın artması" mövzusunda məruzə hazırlamalıdır.

Bu məqsədlə britaniyalı deputat ötən ay Azərbaycana səfərdə olub, Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejim isə onun fəaliyyətini boykot etməyi qərara alıblar.

E.Uolter tərəfindən Azərbaycanda toplanılan materialların AŞPA-nın 20 aprel tarixli iclasında təqdim olunması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti