...

Politoloq: Olland çətin ki, Ermənistanın qeyri-konstruktiv mövqeyini dəyişə bilsin

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2015 14:25 (UTC +04:00)
Fransa Prezidenti Fransua Olland çətin ki, Ermənistanla oynamaqla Yerevanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qeyri-konstruktiv və dalana dirənmiş mövqeyini dəyişə bilsin.
Politoloq: Olland çətin ki, Ermənistanın qeyri-konstruktiv mövqeyini dəyişə bilsin

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Səba Ağayeva/

Fransa Prezidenti Fransua Olland çətin ki, Ermənistanla oynamaqla Yerevanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qeyri-konstruktiv və dalana dirənmiş mövqeyini dəyişə bilsin. Bunu Trend-ə politoloq, Qərb Universitetininin professoru Fikrət Sadıxov F.Ollandın regiona edəcəyi səfərini şərh edərkən deyib.

Onun sözlərinə əsasən, səfər çərçivəsində F.Ollandın Ermənistan rəhbərliyi ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə müsbət nəticəni gözləmək çox çətindir: "Bu, Fransa Prezidentinin öz niyyətlərində nə qədər səmimi olmasından da asılı deyil".

Politoloq qeyd edib ki, F.Ollandın aprelin 24-də Ermənistana səfər edəcəyi və qondarma "erməni soyqırımı"na həsr edilmiş tədbirlərdə iştirak edəcəyi şübhə doğurmurdu: "Saxta "erməni soyqırımı" məsələsi Fransanın Ermənistanla münasibətlərində prioritetlərindən biridir. Bu münasibətlərin uzun tarixi var və rəsmi Paris bunu heç vaxt gizlətməyib".

F.Sadıxov əlavə edib ki, rəsmi Paris son illər yaxşı başa düşür ki, Azərbaycan bu regionda olduqca vacib və əhəmiyyətli oyunçudur: "Azərbaycanla praqmatik əsasda qarşılıqlı əlaqələr qurulur, enerji də daxil olmaqla bir sıra saziş, birgə layihələr mövcuddur. Hətta Fransa kimi ölkə regionda Azərbaycanın vacib rolunu saymamaq iqtidarında deyil".

Onun sözlərinə əsasən, Fransa Prezidenti iki amili əldə rəhbər tutmaq qərarına gəlib: "Birincisi, Olland Ermənistandan başqa Azərbaycana səfər etməklə hörmətini və bundan sonra da ikitərəfli əlaqələri inkişaf etdirməklə bağlı xoş niyyətini göstərmək qərarına gəlib. İkinci amil ondan ibarətdir ki, Olland ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin Prezidenti kimi hesab edir ki, bu məsələ barədə fikrini bildirməli və hər iki ölkənin - Azərbaycan və Ermənistanın prezidentləri ilə müzakirə etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti