...

Erməni silahlı bölmələri atəşkəsi pozmaqda davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2015 09:29 (UTC +04:00)
Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs pozub.
Erməni silahlı bölmələri atəşkəsi pozmaqda davam edir

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmaqda davam edir.

Trend MN-nin saytına istinadən xəbər verir ki, erməni silahlı bölmələri Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti