...

Dağlıq-Qarabağ münaqişəsi Parisdə müzakirə olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2015 13:55 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan aprelin 29-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.
Dağlıq-Qarabağ münaqişəsi Parisdə müzakirə olunacaq

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan aprelin 29-da ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

Trend-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, E.Nalbandyan bu barədə Belçika XİN başçısı Didye Reynderslə İrəvandakı birgə konfransında bildirib.

"Birisi gün həmsədrlərlə görüşəcəm", - deyə erməni nazir bildirib.

Ermənistan XİN-in ilkin məlumatına görə, görüş Parisdə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti