...

XİN: Belçika Ermənistan və Azərbaycan arasında münaqişənin tezliklə həllini arzulayır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Aprel 2015 14:13 (UTC +04:00)
Belçika iki qonşu ölkə olan Ermənistan və Azərbaycan arasında hərbi münaqişənin tezliklə həllini arzulayır.
XİN: Belçika Ermənistan və Azərbaycan arasında münaqişənin tezliklə həllini arzulayır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, 28 aprel /Trend, müxbir Səba Ağayeva/

Belçika iki qonşu ölkə olan Ermənistan və Azərbaycan arasında hərbi münaqişənin tezliklə həllini arzulayır. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa Şurasının Nazirlər Komitəsinin sədri, Belçikanın xarici işlər naziri Didye Reynders Bakıda keçirilən mətbuat konfransında deyib.

O bildirib: "Biz ölkənin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli mövqeyini dəstəkləyirik".

D.Reynders Bakıda müzakirə edilən mövzular sırasında ikitərəfli əməkdaşlığın inkişafı, demokratik dəyərlər məsələlərini qeyd edib.

XİN rəhbəri əlavə edib ki, Belçikanın Azərbaycanla ikitərəfli əlaqələrdə prioritetlərindən biri enerji sektorudur: "Biz bu sahədə əməkdaşlığı dərinləşdirməyə, iki ölkə arasında müqavilə-hüquq bazasını genişləndirməyə hazırıq".

O, Ermənistanın işğalı nəticəsində doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlər mövzusuna da toxunub: "Qaçqın və məcburi köçkünlərin tezliklə doğma torpaqlarına qayıtması üçün bütün məsələləri həll etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti