...

İSESKO Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə qarşı çıxış edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Aprel 2015 19:52 (UTC +04:00)
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini dayandırmaq üçün tədbirlər görmək lazımdır.
İSESKO Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə qarşı çıxış edir

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini dayandırmaq üçün tədbirlər görmək lazımdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın kuluarlarında deyib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti işğala son qoymaq, bu ərazilərin dini və sosial mirasını qorumaq, dağıdılan hər şeyi bərpa etmək, bu mədəni irsi dağıdan erməni işğalını dayandırmaq üçün tədbirlər görməyə çağırır.

Baş direktor bildirib ki, İSESKO Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin əleyhinə çıxış edir: "Bununla bağlı BMT Təhülkəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir".

O, əlavə edib ki, Bakıda keçirilən forum dünya nizamı məsələsini həll etməyə kömək edəcək: "Dünya nizamı demokratiyaya, insan haqlarına hörmət və bərabərliyə əsaslanmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti