...

Elmar Məmmədyarov: Ermənistan münaqişənin həll olunmasında status-kvonu dəyişəcək istənilən konstruktiv əməkdaşlıqdan yayınır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 May 2015 18:19 (UTC +04:00)
Həll olunmamış münaqişələr "Şərq Tərəfdaşlığı"nda sülhə və əməkdaşlığa davamlı problemlər yaradır.
Elmar Məmmədyarov: Ermənistan münaqişənin həll olunmasında status-kvonu dəyişəcək istənilən konstruktiv əməkdaşlıqdan yayınır

Azərbaycan, Bakı, 22 may /Trend/

"Həll olunmamış münaqişələr "Şərq Tərəfdaşlığı"nda sülhə və əməkdaşlığa davamlı problemlər yaradır". Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov "Şərq Tərəfdaşlığı" üzrə 4-cü Riqa sammitində çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazilərinin işğalının davam etməsi regiondakı qeyri-stabilliyin əsas amilidir: "Ermənistan BMT TŞ-nin məlum 4 qətnaməsinin əhəmiyyətini azaltmağa çalışaraq, onları yerinə yetirməkdən imtina edir. Azərbaycan ATƏT-in Minsk qrupunun Hərtərəfli Sülh Sazişinin işlənib-hazırlanmasının başlanılmasına dair çağırışlarına qoşulur. Ancaq Ermənistan münaqişənin həll olunmasında status-kvonu dəyişəcək istənilən konstruktiv əməkdaşlıqdan yayınır. Bu halda, münaqişənin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşməkdə davam edəcək".

Nazir qeyd edib ki, regionda sülhün, stabilliyin, eləcə də mehriban qonşuluq münasibətlərinin yaradılması Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə mümkündür. Ermənistan silahlı qüvvələri onlara məxsus olmayan ərazilərdən çıxmalıdırlar. Etnik təmizləməyə məruz qalmış Azərbaycan əhalisi öz doğma yurdlarına təhlükəsiz və şərəflə qayıda bilmək hüquqlarını həyata keçirə bilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti