...

Dağlıq Qarabağ məsələsində ehtiyatlı nikbinlik və Rusiyanın rolu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2015 22:30 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi üzrə ehtiyatlı nikbinliyini ifadə edib.
Dağlıq Qarabağ məsələsində ehtiyatlı nikbinlik və Rusiyanın rolu

Elmira Tariverdiyeva - Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi üzrə ehtiyatlı nikbinliyini ifadə edib.

Dağlıq Qarabağ probleminin həlli vaxtının çoxdan yetişdiyini deyən E.Məmmədyarov əlavə edib ki, həmkarının səsləndirdiyi nikbinlik notlarını bölüşür.

S.Lavrov isə öz növbəsində təsdiq edib ki, nizamlanma prosesinə "möhkəmləndirici nikbinlik"lə baxır.

Etiraf etmək lazımdır ki, bu ehtiyatlı bəyanatlar ümidverici səslənir. Nəzərə almaq lazımdır ki, çoxdandır Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların irəliləməsindən danışmırdılar. S.Lavrovun danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyin Rusiyanın xarici siyasətinin prioritetlərindən biri olduğunu qeyd etməsi də önəmlidir.

Həqiqətən də Dağlıq Qarabağ məsələsində kömək və real irəliləyiş Krem üçün əlamətdar ola bilər. Necə ki, İranın nüvə proqramı üzrə danışıqlara yardım Ağ ev üçün əlamətdardır. Hər bir lider, hökumət sülhməramlı rolunda vizit kartını qoymağa şad olardı. Ola bilsin ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək Rusiyanın siyasətində kontrapunkt ola bilər ki, bu da Moskvanın Qərbdə, eləcə də Ukrayna və Gürcüstandakı vəziyətə narahatlıqla baxan postsovet ölkələrində imicini yaxşılaşdırmağa fürsət verəcək.

Qərbin Minsk qrupundakı iki həmsədri - Fransa və ABŞ üzərilərinə qoyulan missiyanın öhdəsindən tam gələ bilmir. Lakin Rusiyanın danışıqlar zamanı Ermənistanın mövqeyinə təkbaşına təsir etmək şansları var. Yerevan bir çox məsələlərdə Moskvadan asılıdır və strateji müttəfiqinin dəstəyi olmadan Azərbaycanla danışıqlarda destruktiv mövqeyini qoruya bilməz.

Rusiyanın bu şansdan istifadə edərək sühməramlı olacağını vaxt göstərəcək. Lakin bu məsələnin Moskvada ətraflı müzakirəsi Dağlıq Qarabağ üzrə sülh prosesinin ölü nöqtədən tərpənəcəyinə bəzi ümidlər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti