...

Əfqanıstan səfiri: "Heç kəs şübhə etmir ki, Azərbaycan əraziləri işğal edilib"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyun 2015 21:44 (UTC +04:00)
Əfqanıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir.
Əfqanıstan səfiri: "Heç kəs şübhə etmir ki, Azərbaycan əraziləri işğal edilib"

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

Əfqanıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir. Bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili deyib.

Onun sözlərinə görə, bu faciənin başlanğıcından etibarən tamamilə aydın idi ki, bu, aşkar təcavüzdür: "Bir tərəfdən təcavüzkarı, digər tərəfdən isə müdafiə olunanı görürük. Fikrimcə, heç kəs şübhə etmir ki, Azərbaycan əraziləri işğal edilib".

Səfir qeyd edib ki, Azərbaycan hərbi imkanlarına baxmayaraq, münaqişənin sülh yolu ilə həllini seçib: "Əfqanıstan Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyib və Əfqanıstanın mövqeyi dəyişməzdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti