...

Müdafiə Nazirliyi: Aralarında olan atışma nəticəsində erməni hərbi qulluqçuları ölüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Avqust 2015 15:31 (UTC +04:00)
Ermənistan elektron kütləvi informasiya vasitələrinin cəbhədə Azərbaycan tərəfinin guya itki verməsi barədə yaydığı məlumat tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır.
Müdafiə Nazirliyi: Aralarında olan atışma nəticəsində erməni hərbi qulluqçuları ölüb

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/

Ermənistan elektron kütləvi informasiya vasitələrinin cəbhədə Azərbaycan tərəfinin guya itki verməsi barədə yaydığı məlumat tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır.

Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Müdafiə Nazirliyi bəyan edir ki, qorxu və hürkü hissi erməni hərbçiləri və onların rəhbərliyini o dərəcədə üstələyib ki, demək olar hər tərəfdə gözlərinə "diversantlar" görsənir: "Bizdə olan məlumata görə öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçusu ölüb və bir neçəsi yaralanıb".

Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib.

Qeyd edək ki, erməni KİV-lərinin yaydığı məlumata görə, guya Azərbaycan Ordusunun 20-25 nəfərdən ibarət xüsusi təyinatlıları ötən gecə saat 1:40 radələrində gecə cəbhə xəttində erməni mövqelərinə hücum edib. Lakin Azərbaycan hərbçiləri itki verərək geri çəkilməyə məcbur ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti