...

Fransa da Azərbaycanın separatçı regionunda qondarma "seçkilər"i tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Sentyabr 2015 18:10 (UTC +04:00)
"Fransa Azərbaycanın separatçı regionunda qondarma "seçkilər"i tanımır".
Fransa da Azərbaycanın separatçı regionunda qondarma "seçkilər"i tanımır

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Anaxanım Hidayətova/

"Fransa Azərbaycanın separatçı regionunda qondarma "seçkilər"i tanımır".

Bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye separatçı rejimin sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərində "özünüidarə orqanları"na qanunsuz "seçkilər" keçirməyi planlaşdırması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransa Dağlıq Qarabağı müstəqil dövlət qismində tanımır və müvafiq olaraq, sentyabrın 13-nə Dağlıq Qarabağda planlaşdırılan qondarma "seçkilər" davam edən sülh prosesinə və bu ərazinin gələcək statusuna heç bir təsir göstərə bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti