...

Elman Məmmədov: Həmsədrlər işğalçı Ermənistanın müdafiəsi üçün çalışırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2016 15:58 (UTC +04:00)
ATƏT-in Minsk qrupu son bəyanatında öz ermənipərəst mövqeyini bir daha ortaya qoydu.
Elman Məmmədov: Həmsədrlər işğalçı Ermənistanın müdafiəsi üçün çalışırlar

Bakı. Samir Əli - Trend:

ATƏT-in Minsk qrupu son bəyanatında öz ermənipərəst mövqeyini bir daha ortaya qoydu. Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, Minsk qrupu bu bəyanatı ilə Ermənistana havadarlıq etdiyini aşkar ortaya qoydu: "Cənab Prezident gənclərlə görüşündə ATƏT-in Minsk qrupu həmsədrlərinin problemin həllində vasitəçi kimi yox, Ermənistanın havadarı kimi çıxış etdiyini diqqətə çəkdi. Minsk qrupu bu problemin həllində bizim üçün çox yarıtmaz siyəsət yürütdüyünü ortaya qoydu".

E.Məmmədov əlavə edib ki, həmsədrlər özlərinin şəxsi mənafeyi və işğalçı Ermənistanın müdafiəsi üçün çalışırlar: "Prezident İlham Əliyev də bunu xüsusi vurğuladı. Hesab edirəm ki, bizim hər birimiz bu fikirdəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti