...

Nazir: İsveç Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Minsk qrupunun geniş iclasının çağırılmasını təklif edir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Fevral 2016 13:23 (UTC +04:00)
İsveç Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk qrupunun geniş iclasının çağırılmasını təklif edir.
Nazir: İsveç Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Minsk qrupunun geniş iclasının çağırılmasını təklif edir (ƏLAVƏ OLUNUB)

Bakı. Səba Ağayeva - Trend:

İsveç Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk qrupunun geniş iclasının çağırılmasını təklif edir.

Trend-in məlumatına görə, bunu Bakıda İsveçin xarici işlər naziri Marqot Vallström azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İsveç Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına töhfə verə bilər.

M.Vallström qeyd edib ki, E.Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini və münaqişə regionunda gərginliyin azaldılması yollarını müzakirə edib.

E.Məmmədyarov deyib ki, görüşdə, həmçinin humanitar məsələlər müzakirə edilib: "İsveç bu sahədə münasibətlərin inkişafında maraqlı olduğunu ifadə edib. Nazir Vallström Dağlıq Qarabağda qadınlar arasında görüşün təşkil edilməsini təklif edib. Azərbaycan tərəfi bunu dəstəkləyib".

M.Vallströmun sözlərinə əsasən, Dağlıq Qarabağ məsələsində İsveç ATƏT-in Minsk qrupu vasitəsilə danışıqların aparılması yolu ilə siyasi nizamlanmanın zəruriliyinin tərəfdarıdır: "Biz açıq danışıqları yüksək qiymətləndiririk. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Azərbaycan üçün vacib məsələdir. Mən azərbaycanlı həmkarımdan İsveçin münaqişənin nizamlanması üçüm hansı rol oynaya biləcəyini soruşdum. Biz bu məsələdə iştirak etməyə hazırıq, sərhədlərin sarsılmazlığı və xalqların öz müqəddəratını təyinetmə məsələsinə sadiq qalmalıyıq. Münaqişənin nizamlanması üçün daha geniş formatda görüşün keçirilməsinə zərurət yaranarsa, Minsk qrupunun üzvü kimi bu görüşdə iştirak etməyə hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti