...

Diaspor təşkilatının sədri Avropa Parlamentinin deputatına Xocalı soyqırımına dair bəyanat təqdim edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Fevral 2016 12:43 (UTC +04:00)
Fevralın 11-də İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətin sədri Nadir Hollenbrand İsveçdə yerləşən Parlament evində Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Avropa Parlamentinin deputatı Fredrik Federley ilə görüş keçirib.
Diaspor təşkilatının sədri Avropa Parlamentinin deputatına Xocalı soyqırımına dair bəyanat təqdim edib

Bakı. Trend:

Fevralın 11-də İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətin sədri Nadir Hollenbrand İsveçdə yerləşən Parlament evində Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Avropa Parlamentinin deputatı Fredrik Federley ilə görüş keçirib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüş zamanı deputata Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, həmçinin, qətliamı pisləyən bəyanatın ingilis dilində nüsxəsi təqdim edilib. Bəyanatda 1992-ci ilin 25-26 fevralında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qanlı cinayət aktı həyata keçirildiyi, nəticədə bir gecədə 106 qadın, 63 uşaq, 70 yaşlı insanın və ümumilikdə 613 azərbaycanlının erməni vandalları tərəfindən öldürüldüyü, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin taleyinin isə hələ də məlum olmadığı, 6 ailənin tamamilə məhv edildiyi, 25 körpənin hər iki valideynini itirdiyi, 56 insanın xüsusi amansızlıqla qətlə yetirildiyi qeyd edilir.

Bəyanatda bildirilir ki, beynəlxalq ictimaiyyət bu acı həqiqətdən xəbərdar olmalı, insanlığa qarşı törədilən cinayətə hüquqi qiyməti verməlidir.

Deputat F.Federley qeyd edib ki, yaxın zamanda Brüsseldə olacaq və bəyanatı Avropa Parlamentinə təqdim edəcək. Söhbət zamanı məlum olub ki, F.Federley bir ay əvvəl Azərbaycanda işgüzar səfərdə olub.

Deputat Azərbaycan və azərbaycanlılar haqqında yüksək fikirdə olduğunu bildirib və vurğulayıb ki, Azərbaycana səfəri zamanı ölkəmizin füsunkar gözəlliyinə və xalqımızın vətənpərvərliyinə heyran qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti