...

Ombudsmanın Xocalı soyqırımı ilə bağlı bəyanatı beynəlxalq təşkilatlara göndərildi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Fevral 2016 16:54 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar hər il olduğu kimi bəyanat verib.
Ombudsmanın Xocalı soyqırımı ilə bağlı bəyanatı beynəlxalq təşkilatlara göndərildi

Bakı. Trend:

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar hər il olduğu kimi bəyanat verib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə daxil olan bəyanatda bildirilir ki, Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni hərbi qüvvələrinin və onların havadarlarının xalqımıza qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli faciəsidir. Artıq 24 il keçməsinə baxmayaraq, bu soyqırıma hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib.

Sənəddə bəyan edilir ki, günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır.

Bəyanat ingilis dilinə tərcümə olunaraq BMT baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, habelə Azərbaycanın 180-dən çox diaspor təşkilatına göndərilib.

Eyni zamanda həmin bəyanat BMT İnsan Hüquqları Şurasının 31-ci sessiyasına da təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti