...

Vyanada Xocalı soyqırımı qurbanları anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2016 13:25 (UTC +04:00)
Vyanada Xocalı soyqırımına həsr olunmuş konfrans təşkil edilib.
Vyanada Xocalı soyqırımı qurbanları anılıb

Bakı. Trend:

Vyanada Xocalı soyqırımına həsr olunmuş konfrans təşkil edilib.

Avstriyanın paytaxtı Vyanada Vyana Texniki Universitetində "Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nəticələri və Xocalı soyqırımı" mövzusunda konfrans keçirilib. "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi (Bakı) və "Avstriya Akademiklər İttifaqının (Vyana) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Almaniyanın Laypsiq Universitetinin doktorantı Şamxal Əbilov çıxış edib.

Ş.Əbilov Ermənistanın Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın etnik tərkibinin dəyişdirilməsindən, çar Rusiyası, Azərbaycan Demokratik Cümhuriyyəti və SSRİ dövrlərində Dağlıq Qarabağın statusu ilə bağlı qəbul edilmiş qərarlar və hüquqi aktlar barəsində danışıb. "Xocalı faciəsi"nin erməni daşnaklarının son iki əsrdə Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətliamın davamı mahiyyətində olduğunu qeyd edən Ş.Əbilov bir çox mənbələrdə, eləcə də, erməni mənbələrində Xocalı soyqırımını təsdiqləyən faktları sadalayıb.

Almaniyanın Flensburq Universitetinin doktorantı Famil Qurbanov isə "Dağlıq Qarabağ münaqişəsi kontekstində ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüquqları arasında ziddiyyət" mövzusunda məruzə ilə çıxış edib. O, hər iki hüquqi anlayışın formalaşması, onların təsbit olunduğu beynəlxalq sənədlərdə tətbiqi barədə danışıb. F.Qurbanov eyni zamanda, dünyada qəbul olunmuş konvensiyalar və ümumbəşəri qanunlarda "Xocalı faciəsi" kimi soyqırımların yolverilməz olduğu göstərilsə də, bu hadisəyə dünya miqyasında layiqli şəkildə qiymət verilməməsini də təəssüflə qeyd edib.

Sonda məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti