...

Səfirlik: ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2016 16:18 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır.
Səfirlik: ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır. Bunu Trend-ə ABŞ səfirliyindən Birləşmiş Ştatların Corciya ştatının Azərbaycanın işğal edilmiş regionunun "müstəqilliyi"ni tanıması haqqında yayılan məlumatı şərh edərkən deyiblər.

Səfirlikdən bildiriblər ki, ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyənləşdirilir: "Corciya ştatının Nümayəndələr Palatasının qəbul etdiyi qətnamə dövlət qanunverici orqanının rəyidir. Bu rəy həmin məsələ üzrə ABŞ-ın xarici siyasətini dəyişdirmir".

Qeyd edək ki, 15 dəqiqəlik müzakirə nəticəsində ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatasında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin guya tanınması barədə hansısa qətnamə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti