...

Ermənistanın pilotsuz uçuş aparatı vurulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2016 19:42 (UTC +04:00)
Ermənistan tərəfi təxribatlarından əl çəkmir.
Ermənistanın pilotsuz uçuş aparatı vurulub

Bakı. Samir Əli - Trend:

Ermənistan tərəfi təxribatlarından əl çəkmir. Bu gün Ermənstanın pilotsuz uçuş aparatı vurulub. Bunu Trend-ə Müdafi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. O, Pilotsuz aparat Füzuli istiqamətində vurulduğunu qeyd edib.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti