...

Deputat: Minsk qrupu həmsədrlərinin Bakıya səfərindən yaxşı heç nə gözləmirəm

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2016 11:27 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya səfərindən yaxşı heç nə gözləmirəm.
Deputat: Minsk qrupu həmsədrlərinin Bakıya səfərindən yaxşı heç nə gözləmirəm

Bakı. Elçin Mehdiyev - Trend:

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya səfərindən yaxşı heç nə gözləmirəm.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, həmsədrlər gəlib hansısa bir problem yaratmasalar yaxşıdır: "Çünki onların uzun illər ərzindəki fəaliyyəti ancaq Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasına yönəlib. Gəlsinlər görək indi nə deyəcəklər, nə təklif edəcəklər?"

E.Məmmədov bildirib ki, həmsədrlər indiyə qədər işğalçı Ermənistan tərəfə heç bir təzyiq göstərməyib: "Əgər onlar ədalətli olsaydılar, münaqişə çoxdan öz həllini tapmışdı".

Qeyd edək ki, həmsədrlər Bakı, Xankəndi və İrəvanda görüşlər keçirməyi, Dağlıq Qarabağda qarşıdurmanın dayandırılmasına dair tədbirləri və danışıqlar prosesinin bərpa olunması yollarını müzakirə etməyi planlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti