...

Deputat: Ermənilərin yenidən Azərbaycan mövqelərini atəşə tutması onların təxribatdan əl çəkmədiyini göstərir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2016 18:43 (UTC +04:00)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflər arasında əməliyyatların dayandırılması barədə razılığın əldə olunmasından sonra ermənilərin bu gecədən başlayaraq yenidən Azərbaycan mövqelərini atəşə tutması onların öz təxribat əməllərindən əl çəkmədiyini göstərir.
Deputat: Ermənilərin yenidən Azərbaycan mövqelərini atəşə tutması onların təxribatdan əl çəkmədiyini göstərir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində tərəflər arasında əməliyyatların dayandırılması barədə razılığın əldə olunmasından sonra ermənilərin bu gecədən başlayaraq yenidən Azərbaycan mövqelərini atəşə tutması onların öz təxribat əməllərindən əl çəkmədiyini göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, ermənilər bu təxribatlarını davam etdirməklə özlərinə daha çox dəstək qazanmağa çalışırlar: "Azərbaycan uğurlu hərbi əməliyyatlar keçirib və bizim üçün hərbi nöqteyi-nəzərdən çox vacib olan yüksəkliklər əldə edib. Ermənistan başa düşmür ki, Azərbaycan heç bir halda torpaqlarının işğalı ilə razılaşmayacaq. Məhz ona görə də ermənilər bu təxribatı davam etdirirlər ki, onlara daha çox dəstək olsun".

Ermənistan tərəfinin hazırda təşviş işində olduğunu deyən R.Rzayev hesab edir ki, bütün bu işlərin nəticəsi olaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək: "Həmsədr dövlətlər də başa düşürlər ki, problem mütləq qaydada həll olunmalıdır. Çünki Azərbaycan heç bir zaman işğal faktoru ilə razılaşmayacaq. ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər bu barədə dərindən düşünməyi bacarmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti