...

Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsinin davam etməsinin günahı daha çox Ermənistanın üzərindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2016 11:58 (UTC +04:00)
Bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsində vəziyyətin eskalasiyasında günahın bir hissəsi də ATƏT-in Minsk qrupunun üzərinə düşür.
Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsinin davam etməsinin günahı daha çox Ermənistanın üzərindədir

Bakı. Anaxanım Hidayətova - Trend:

Bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsində vəziyyətin eskalasiyasında günahın bir hissəsi də ATƏT-in Minsk qrupunun üzərinə düşür.

Trend-in məlumatına görə, bunu Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Qarbağda bu yaxınlardakı toqquşmalar gözlənilən idi və bunun bir neçə səbəbi var: "Digər münaqişələrdən fərqli olaraq sərhəddə sülhməramlılar yox idi, münaqişə deyil, danışıqlar dondurulmuşdu ki, bunun da günahının bir qismi Minsk qrupunun üzərinə düşür".

S.Markov qeyd edib ki, Minsk qrupunun hər bir həmsədr ölkəsinin böyük erməni diasporu var və bu diasporlar Ermənistana təsir göstərməyə imkan vermirlər: "Lakin Rusiya bu məsələdə daha balanslaşdırılıb. Rusiyada böyük Azərbaycan diasporu da var, hərçənd Fransa və ABŞ barədə bunu demək olmaz".

O əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar "Kazan formulu" üzrə gedir: "Bu formula əsasən Azərbaycana 5 və ya 7 rayon qaytarılmalıdır".

O diqqətə çatdırıb ki, münaqişənin davam etməsində Yerevan daha çox günahkardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti