...

YAP Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyası keçirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2016 11:21 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna növbəti dəstək aksiyasını həyata keçirib.
YAP Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyası keçirib

Bakı. İlhamə İsabalayeva-Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna növbəti dəstək aksiyasını həyata keçirib.

Trend-in YAP-ın saytına istinadən verdiyi məlumata görə, partiyanın İcra Katibliyində, habelə rayon və şəhər təşkilatlarında çalışan 660 nəfər əməkdaş bir aylıq əmək haqqının 20 faizini Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına köçürmək haqqında müraciət edib.

Yeni Azərbaycan Partiyası üzvləri tərəfindən atılmış bu vətənpərvər addım son zamanlar ermənilər tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi kimi qiymətləndirilməlidir.

Yeni Azərbaycan Partiyası bundan əvvəl də dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil etməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsaitlər köçürüb.

Qeyd edək ki, Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və digər zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədi daşıyan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti