...

İcra başçısı: Erməni silahlı birləşmələri Ağcabədi rayonu ərazisinə 100-ə yaxın mərmi atıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2016 00:13 (UTC +04:00)
Erməni silahlı birləşmələri aprelin 27-dən 28-ə keçən gecə Ağcabədi rayonunun yaşayış məntəqələrini də güclü artilleriya atəşinə tutub.
İcra başçısı: Erməni silahlı birləşmələri Ağcabədi rayonu ərazisinə 100-ə yaxın mərmi atıb

Bakı.Trend:

Erməni silahlı birləşmələri aprelin 27-dən 28-ə keçən gecə Ağcabədi rayonunun yaşayış məntəqələrini də güclü artilleriya atəşinə tutub. Rayonunun cəbhəyanı kəndlərinə 100-ə yaxın mərmi atılıb.

Trend-in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə müsahibəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib.

Ş.Məmmədov qeyd edib ki, təkcə Qaraxanlı kəndinə 50 mərmi düşüb. Kənddəki evlərdən biri tamamilə yanıb, 2 evin dam örtüyünə, 19 evə, yardımçı binalara, orta məktəbin binasına ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti