...

Azərbaycan XİN hərbi attaşeləri Ermənistanın qadağan olunmuş silahdan istifadə etmə faktı ilə tanış edəcək (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2016 10:32 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunmasının müəyyən olunması faktı ilə əlaqədar Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin bu gün cəbhə bölgəsinə səfəri təşkil olunub.
Azərbaycan XİN hərbi attaşeləri Ermənistanın qadağan olunmuş silahdan istifadə etmə faktı ilə tanış edəcək (VİDEO)

Bakı.Trend:

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunmasının müəyyən olunması faktı ilə əlaqədar Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin bu gün cəbhə bölgəsinə səfəri təşkil olunub.

XİN-in Mətbuat katibi Hikmət Hacıyev Trend-ə bildirib ki, fosfor təyinatlı silah beynəlxalq konvensiyalarla qadağan olunmuş silahdır: "Kifayət qədər təhlükəli xarakter daşıyır. Bu faktla əlaqədar olaraq XİN və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin hadisə yerinə səfəri təşkil olunub. Onlar yerindəcə ermənilər tərəfindən fosforlu silahın istifadəsi ilə tanış olacaqlar. ANAMA mütəxəssisləri tərəfindən də mərminin təfərrüatları izah olunacaq".

Nümayəndə heyətinin tərkibinə Almaniyanın Azərbaycandakı səfirliyinin təmsilçiləri də daxildir.

Qeyd edək ki, Almaniya bu il ATƏT-də sədrlik edir.

Hərbi attaşelər və diplomatlar Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsi ilə bağlı məlumatlandırılacaqlar. Bununla da beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq konvensiyalarla qadağan olunmuş təhlükəli silahdan istifadə etmə faktı haqqında daha ətraflı məlumat əldə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti