Bakı. Aygün Bədəlova - Trend:
Atəşkəs rejiminin möhkəmləndirilməsi Dağlıq Qarabağ münaqişəsinin müvəqqəti həllidir. Bunu Trend-ə fransalı senator Natali Qule deyib.
Onun sözlərinə görə, atəşkəs rejimi müharibədən yaxşıdır, lakin bu, münaqişənin müvəqqəti həllidir: "Bu yalnız o halda yaxşı qərar ola bilər ki, hər iki tərəfin yaxşı niyyəti olsun".
N.Qule qeyd edib ki, Azərbaycan erməni təxribatlarına cavab verməyərək müdrikliyini göstərir: "Ermənistanın özünü qurban kimi göstərmək kimi istedadı var. Amma özünü qurban kimi göstərmək cəhdləri real vəziyyətə uyğun deyil".