...

Brayza: Prezidentlərin növbəti görüşündən münaqişənin həlli üzrə böyük irəliləyiş gözləməyə dəyməz

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2016 15:55 (UTC +04:00)
Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü çox vacibdir, çünki tərəflər Vyana razılaşmalarının yerinə yetirilməsini müzakirə edə biləcəklər, lakin görüşdən sonra münaqişənin həllində kəskin sıçrayışı gözləməyə dəyməz.
Brayza: Prezidentlərin növbəti görüşündən münaqişənin həlli üzrə böyük irəliləyiş gözləməyə dəyməz

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü çox əhəmiyyətlidir, çünki tərəflər Vyana razılaşmalarının yerinə yetirilməsini müzakirə edə biləcəklər. Lakin görüşdən sonra münaqişənin həllində kəskin sıçrayışı gözləməyə dəyməz.

Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, danışıqların növbəti mərhələsi növbəti görüşlər üçün əlverişli psixoloji ab-hava yaradacaq.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların növbəti raundu iyunda baş tuta bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti