...

Azərbaycan səfirinin ermənipərəst jurnalistin yazısına cavabı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyun 2016 18:18 (UTC +04:00)
İtaliyanın “Il Giornale” qəzetində Azərbaycan səfirinin ermənipərəst jurnalistin yazısına cavab məktubu dərc olunub.
Azərbaycan səfirinin ermənipərəst jurnalistin yazısına cavabı

Bakı. Trend:

19 may tarixində İtaliyanın “Il Giornale” qəzetində jurnalist Can Mikalessinin Ermənistan-Azərbaycan münaqişəsi, xüsusilə də aprel ayında təmas xəttində baş vermiş hadisələrlə bağlı erməni tərəfinin mövqeyini əks etdirən ölkəmizə qarşı qərəzli və iftira xarakterli “Unudulmuş müharibənin postları arasında səyahət” adlı məqaləsi dərc edilib. Müəllifin məqaləsi onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinin ardınca dərc olunub.

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “Il Giornale” qəzetinin redaksiyasına ünvanladığı cavab məktubu bir sıra ixtisarlarla işıq üzü görüb.

M.Əhmədzadə beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonunu 20 ildən artıq müddətdə işğal altında saxladığını, bir milyondan çox azərbaycanlının Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, işğal olunmuş ərazilərimizdə məqalədə yanılış şəkildə “respublika” kimi təqdim edilmiş, əslində isə heç bir ölkə, o cümlədən Ermənistanın özü tərəfindən də belə tanınmamış qondarma qeyri-qanuni rejimin yaradıldığını qeyd edib.

2 aprel tarixində təmas xəttində hərbi əməliyyatların məhz Ermənistan silahlı qüvvələri tərəfindən başlanıldığına dair çoxsaylı dəlillərin olduğunu qeyd edən M.Əhmədzadə Azərbaycan tərəfindən mülki əhali arasındakı itkilər və mülki obyektlərə dəymiş ziyan, ASALA terrorçu təşkilatının üzvlərinin Ermənistan silhalı qüvvələri tərkibində döyüşməsi, Azərbaycana qarşı Ermənistan ordusu tərəfindən kimyəvi silahlardan istifadə edilməsi və nüvə silahından istifadə ilə təhdid edilməsi kimi faktları oxucuların diqqətinə çatdırıb.

M.Əhmədzadə qeyd edib ki, bölgədə gərginliyə əsas səbəb Azərbaycan ərazilərinin işğalı və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə yerləşdirilməsidir və Ermənistan bu faktları ört-basdır etmək məqsədilə mövzu ilə bağlı geniş dezinformasiya kampaniyası həyata keçirir. Azərbaycan diplomatı əlavə edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı beynəlxalq sənədlər, o cümlədən BMT TŞ-nin 4 qətnaməsi yerinə yetirilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti