...

"Baku Network" ekspert qrupu prezidentlərin Sankt-Peterburq görüşünü müzakirə edib (VİDEO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2016 17:16 (UTC +04:00)
"Baku Network" Ekspert Şurasında Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşünə həsr edilmiş müzakirələr baş tutub.
"Baku Network" ekspert qrupu prezidentlərin Sankt-Peterburq görüşünü müzakirə edib  (VİDEO)

Bakı. Trend:

"Baku Network" Ekspert Şurasında Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşünə həsr edilmiş müzakirələr baş tutub.

Trend-in məlumatına görə, müzakirələrdə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev, siyasi ekspert Murad Sadəddinov və politoloq Elçin Alıoğlu iştirak ediblər.

Müzakirələrdə qeyd olunub ki, bu görüş münaqişənin həlli istiqamətində növbəti müsbət addım kimi qiymətləndirilə bilər. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə konkret məsələləri qaldırdı və açıq şəkildə bildirdi ki, status-kvo davam edə bilməz. Müzakirələrdə bildirilib ki, Azərbaycan bu görüşə kifayət qədər inamla gedib.

Qeyd olunub ki, son dövrlərdə baş verən hadisələr Cənubi Qafqaz regionu ilə yanaşı, Asiyada və Avropanın özündə də Azərbaycanın mövqeyinin kifayət qədər gücləndiyini göstərməklə yanaşı, Avropanın məsələyə münasibətində köklü dəyişikliyin olduğunu nümayiş etdirdi.

Müzakirələrdə bildirilib ki, Ermənistan prezidenti Vyanadakı uğursuzluqdan sonra Sankt-Peterburqda faktiki məğlubiyyətə uğradı. Azərbaycan bu görüşə şərt diktə edən tərəf kimi getmişdi. Çünki Azərbaycan tərəfi status-kvonun davam etməsini qəbul etmir.

Qeyd olunub ki, Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi yolu ilə gedir. Ölkə rəhbərliyinin yürütdüyü hərbi-siyasi diplomatiya bu istiqamətə yönəldilib və ümid verir ki, Azərbaycan gələcək danışıqlar prosesindən daha güclü çıxacaq.

http://bakunetwork.com

Bizi Facebook -dan, Twitter -dən və Youtube -dan izləyin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti