...

Ermənilər atəşkəsi yenidən pozdular

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2016 09:17 (UTC +04:00)
Erməni silahlı birləşmələri təmas xəttində atəşkəsi pozmaqda davam edir
Ermənilər atəşkəsi yenidən pozdular

Bakı. Samir Əli-Trend:

Erməni silahlı birləşmələri təmas xəttində atəşkəsi pozmaqda davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti