...

XİN: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini arzulayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2016 13:45 (UTC +04:00)
Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın bütün tələblərinə cavab verəcək şəkildə tezliklə həllini arzu edir.
XİN: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini arzulayır

Bakı. Anaxanım Hidayətova - Trend:

Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın bütün tələblərinə cavab verəcək şəkildə tezliklə həllini arzu edir.

Bunu Trend-ə Türkiyə Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə baş direktoru Basat Öztürk deyib.

Onun sözlərinə görə, bu məsələdə Türkiyənin mövqeyi aydındır: "Biz həmişə Azərbaycanın yanındayıq və bu, tam və həqiqi dəstəkdir".

B.Öztürk qeyd edib ki, münaqişənin həlli bütün regiona fayda verəcək: "Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü müsbət amildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti