...

İran səfiri Dağlıq Qarabağın işğalına son qoymağa çağırdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2016 02:54 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Dağlıq Qarabağ və digər işğal edilmiş islam torpaqlarının işğalına son qoymaq üçün bütün müsəlmanları birliyə çağırdı
İran səfiri Dağlıq Qarabağın işğalına son qoymağa çağırdı

Bakı. Trend:

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Dağlıq Qarabağ və digər işğal edilmiş islam torpaqlarının işğalına son qoymaq üçün bütün müsəlmanları birliyə çağırdı.

Trend-in məlumatına görə, bu barədə səfirliy tərəfindən təşkil edilən iftar süfrəsi zamanı Möhsün Pakayin deyib

Bakıda iftar süfrəsi zamanı səfir müsəlmanlar arasında birliyin vacibliyini qeyd edib və ekstremizmi pisləyib.

Möhsün Pakayin həmçinin İstanbuldakı hava limanında baş vermiş terror aktına toxunub və həlak olanların ailələrinə başsağlığı verib.

Son məlumatlara görə, İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində 44 nəfər ölüb, 239 nəfər yaralanıb. İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti