...

Obama və Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2016 22:58 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərinə yüksək qiymət verib.
Obama və Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Bakı. Trend:

ABŞ prezidenti Barak Obama Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərinə yüksək qiymət verib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Barak Obama Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

V. Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi rəhbəri kimi Barak Obamanı iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan Prezidentləri İlham Əliyev və Serj Sarkisyanla keçirdiyi üçtərəfli görüşün yekunları barədə məlumlandırıb.

Məlumatda deyilir: "V.Putin danışıqların təşkili zamanı Rusiyanın münaqişə zonasında vəziyyətin tezliklə sabitləşməsinə yardım və sülh prosesinin irəliləməsi üçün şəraitin yaradılması zərurətindən çıxış etdiyini qeyd edib. Barak Obama Rusiyanın səylərini yüksək qiymətləndirib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti